abs2

ABŞ öz vətəndaşlarına İranı təcili tərk etmələri barədə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

ABŞ vətəndaşları dərhal İranı tərk etməlidirlər. Təhlükəsizdirsə, quru yolu ilə Türkiyəyə və ya Ermənistana getməyi düşünün”, – deyə bildirilib.

Qeyd edək ki, ötən gün ABŞ Dövlət Departamenti də bənzər çağırış etmişdi.

Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp da vətəndaşları təcili İranı tərk etməyə səsləyib.

O həmçinin, etirazçıları dəstəklədiyini bildirmiş və onların öldürülməsinə davam ediləcəyi halda, Tehrana qarşı tədbir görəcəyini demişdi.

Tramp mümkün hərbi müdaxilə ilə bağlı suallara qeyri-müəyyən cavab vermiş, lakin bu ssenarini istisna etməmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: