Priqojin qalib gəlsəydi, tanklar qondarma rejimə girəcəkdi – PLAN

Gürcüstanda müxalifətin bəzi nümayəndələri “Vaqner”in üsyan cəhdi zamanı Abxaziya, Cənubi Osetiya və hətta Soçiyə tanklarla girməyi planlaşdırıblar.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze deyib.

“Biz xatırlayırıq ki, kollektiv Milli Hərəkat (Gürcüstan müxalifətinin ümumi adı – red.) Priqojinə necə ümid bəsləmişdi, ona necə şüarlar və şeirlər həsr etmişdi. Onlar Priqojinin qiyamda uğur qazanacığı təqdirdə nəinki Abxaziya və Sxinvaliyə tanklarla girməyi, həm də Soçini ələ keçirməyi planlaşdırırdılar. Müxalifət gizlətmirdi ki, müvafiq imkanları olsaydı, tanklarla Abxaziya və Sxinvaliyə girmək üçün ilk şansdan istifadə edərdi. Gürcüstanda ikinci cəbhə açılsa, onlar da abxazlar və osetinlərlə vuruşmalı olacaqlar. Gürcülərin və abxazların, gürcülərin və osetinlərin yenidən bir-birinin qanını tökməsi qəbuledilməzdir. Bu, gələcək nəsillərə qarşı ən böyük cinayət olardı”, – o bildirib.