“Prezident İlham Əliyev tərəfindən AZCON-un yaradılması ilə bağlı fərmanın imzalanması, nəqliyyat sektorunda aparılan struktur islahatlarının davamı olaraq qiymətləndirilir”.
Bu fikirləri Globalinfo.az-a Milli Məclisin deputatı Vüqar Bayramov sözügedən prosesin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) fəaliyyətinə necə təsir edəcəyi ilə bağlı suallarımıız cavablandırarkən deyib.
Vüqar Bayramov
“AZCON-un yaradılması bu sahədə fəaliyyətlərin daha sistemli, ünvanlı şəkildə həyata keçirilməsinə imkan verəcək. Nəqliyyat və loqistika Azərbaycan üçün həm qeyri-neft sektorunda vacib sahələrdəndir, həm də bütövlükdə regional layihələrdə iştirak üçün vacibdir. AZCON-un yaradılması kontekstində elektron xidmətlərdən daha çox istifadə olunması, nəqliyyat sektorunda əlaqələndirilmiş və vahid siyasətin həyata keçirilməsinə imkan yaranacaq. Bu da tariflərin uyğunlaşdırılmasını, çevik qiymət siyasətinin tətbiq olunmasını, bütövlükdə elektron xidmətin inteqrasiyası sayəsində daha sistemli tədbirlərin həyata keçirilməsini asanlaşdıracaq. Yeni holdinqin yaradılması nəqliyyat sektorunda islahatların daha da dərinləşməsinə imkan verəcək”.
Safura Bənnayeva
Globalinfo.az