Prezident Türkiyədə mühüm mesajlar verdi: Ankarada tarixi anlar – VİDEO

Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün yox, ümumilikdə Avrasiya qitəsi üçün önəmli faktora çevrilib. 

Globalinfo.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

Prezident bildirib ki, Türkiyə bu gün dünya çapında söz sahibidir:

“Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı və hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir”, – deyə Prezident vurğulayıb.

Daha ətraflı videoda: