c3185c42 14cc 462d bb90 e2333f11ce1c

Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının Mingəçevir şəhərində paradı keçirilib.

Globalinfo.az xəbər verir ki, paraddan öncə Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrananın da iştirakı ilə tədbirə qatılan rəsmi şəxslər və fəxri qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Daha sonra 20-dən çox ölkədən 200 nəfərdən artıq idmançı  bayraqlarla təntənəli yürüş edib. Komandaları Azərbaycan Respublikasının böyük ölçüdə dövlət bayrağını daşıyan könüllülər, üzərində avarçəkmə qayıqları olan xüsusi avtomobil müşayiət edib. İdmançıların sıralı düzülüşündən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhər sakinləri tərəfindən də böyük coşqu ilə qarşılanan tədbir bədii hissə ilə davam edib.

Xatırladaq ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasının açılış mərasimi və ilk yarış günü aprelin 30-da saat 11:00-dan etibarən Suqovuşanda baş tutacaq. Yarışlar 1-2 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Mayın 2-də Mingəçevirdə reqatanın bağlanış mərasimi olacaq. “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında saat 20:00-da start götürəcək bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək.  Ardınca bədii hissədə müxtəlif şoular proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. “Prezident Kuboku-2025”ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

477cb94f d191 4b09 8559 ca41610c6203
cc34db0e da17 4741 ae26 fef4d325cfe9
0481ef15 000b 49c9 9c2a 627f1dbfeaff
f161d9ef 6993 4474 b8ac 88ad74011b57
bffdd73b 32be 4c73 90de ea0f4d0a26f7
30fbafcd 8813 4dc4 9ad8 ac99e726c5a5
376d2890 0b2e 4420 8e5b f8bc042551c3
a04726e9 881b 41a0 84be 298d1c412967
f26adc90 619f 4bff bd89 8f8a3db09fa7
c8e495cf 03f0 4764 98ac 3d6cec3a7541
f505984d 91c7 4d3b 868b e74f9e81aa56
ad428bb1 549c 4749 adfb 6def8e357d83
701918cc 41e2 4aee 8682 4227486ad78b
3c473a7b b996 4fc2 a01e e05bb7c8b571

Paylaş: