Peskovdan Makronla bağlı xəbərlərə REAKSİYA

“Kreml Fransa prezidenti Emmanuel Makronun mümkün istefası ilə bağlı xəbərləri indi şərh etməyi tez hesab edir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Mən belə suallara cavab verməyi mümkün hesab etmirəm, çünki birincisi, seçkilər hələ baş tutmayıb, ikincisi, Makronun partiyası hazırda öz mövqeyini sürətlə itirir. Görünür, fransızlar nəyisə bəyənmir, lakin seçkilərdən sonra vəziyyəti təhlil etmək lazımdır”, – D.Peskov bildirib.

Safura Bənnayeva
Globalinfo.az