
Yelisey sarayı Fransa Prezidenti Emmanuel Makronun istefa vermək ehtimalı ilə bağlı xəbərlərin əsassız olduğunu bildirib.
***12:57
“Fransa dövlət başçısının istefası tabu deyil. Biz bütün ssenariləri nəzərdən keçirməliyik”.
Globalinfo.az xəbər verir ki, bu fikirlər “Europe 1”-də dərc olunan məqalədə yazılıb.
Qeyd olunur ki, Makronun yaxınlarından biri onun istefasının mümkünlüyündən danışıb: “O, beş illik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır”.
Məlumat üçün bildirək ki, Fransanın böyük şəhərlərində, o cümlədən paytaxt Parisdə vətəndaşlar ifrat sağçılara qarşı etiraz etmək üçün küçələrə axışıblar.
Nümayişçilər iyunun 30-da birinci turu keçiriləcək yerli seçkilərdə ifrat sağçıların qələbəsinin qarşısını almaq istəyirlər.
Aksiyada “Makron istəməsə belə, biz işçilərin ləyaqəti və daha yaxşı həyat üçün buradayıq” şüarları səsləndirilib.
Xatırladaq ki, Avropa Parlamentinə keçirilən seçkilərdə sağçılara sarsıdıcı məğlubiyyətdən sonra Makron parlamenti buraxıb və növbədənkənar seçki təyin edib. Fransada növbədənkənar parlament seçkisinin birinci turu 30 iyunda, ikinci turu isə 7 iyulda keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az