“Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında yaxın gələcəkdə təmaslar gözlənilmir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, liderlər bu yaxınlarda görüşüb.
Peskov həmçinin qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalır.
“Onlar sammitdə işçi səviyyədə iştirak edəcək. Ölkənin bütün ali rəhbərliyi seçki kampaniyası ilə məşğuldur, bu da başa düşüləndir”, – deyə Kreml nümayəndəsi əlavə edib.
Onun sözlərinə görə, sammitin Ermənistanın taleyini həll edəcəyini demək olmaz.
Qeyd edək ki, Aİİ-nin sammiti 28-29 may tarixlərində Astanada keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az