Paşinyanın Qarabağla bağlı yeni planı budur – Erməni politoloq

Rusiya Zəngəzur dəhlizinə özü nəzarət edəcəyi halda bu layihəyə qarşı olmayacaq.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Armen Bədəlyan deyib.

Onun sözlərinə görə, Rusiyanın mövcud geosiyasi prosesdə əlində iki əsas kart var. Bədəlyan bunların Rusiya sülhməramlıları və Ruben Vardanyan olduğunu bildirib:

“Vardanyanın iki hədəfi var. Birincisi iqtisadidir, ikincisi isə Ermənistanın hərbi-siyasi rıçaqlarını ələ keçirməkdir”.

Bədəlyan Ermənistanın hazırda Rusiyaya qarşı xüsusi proqramı reallaşdırdığını və TŞ katibi Armen Qriqoryanın çıxışına da bu kontekstdə baxılması gərəkdiyini deyib:

“Onların planı üç bənddən ibarətdir. Birincisi, Qarabağ tam şəkildə Azərbaycana ermənilərsiz verilməlidir. İkincisi, dəhliz Qərbin nəzarəti altında açılmalıdır. Üçüncüsü, anti-Rusiya əhval-ruhiyyəsi artmalı, Avrasiya İttifaqı, KTMT NATO ilə əvəz edilməli, Qərb sülhməramlıları bölgəyə gəlməlidir. Hökumət bu proqramın bir neçə mərhələsini icra edib”.

Gülnar
Globalinfo.az