Paşinyanın oğlu Simonyanı biabır etdi

“Mənə hücum olmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan deyib.

O, haqqında yayılan informasiyaların yalan olduğunu söyləyib.

Qeyd edək ki, dünən Aşot Paşinyana hücum olduğu, hətta onun döyüldüyü haqqında informasiya yayılmışdı. Maraqlı məqam odur ki, oğul Paşinyana hücum xəbərini Ermənistan parlamentinin spikeri Alen Simonyan təsdiqləmişdi. O, hücumun xarici qüvvələr tərəfindən həyata keçirildiyini iddia etmiş və özünə qarşı da eyni gündə hücumun olduğunu dilə gətirmişdi.

İlkin Həsənov
Globalinfo.az