1553538237 1553533132 56214457 10213936856043253 3061905923602644992 n

Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini bildirib.

Baş nazir Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığında da Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini vurğulayıb. Azərbaycan tərəfi isə hələlik onun təklifinə rəsmi cavab verməyib.

Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, Bakının onsuz da ikili görüşün keçirilməsinə dair İrəvana təklifi vardı:

“Bu təklif hələ də qüvvədədir və hesab edirəm ki, proses gedir. Məsələn, artıq vasitəçilər olmadan sərhəd komissiyaları arasında sənəd imzalanıb. Mümkündür ki, proses sonrakı müddətdə də bu formada davam edəcək.

1667976831 1643007382 ferid

Fərid Şəfiyev

Təbii ki, indiki məqamda Ermənistanın təklifinə Azərbaycanın cavabını gözləmək lazımdır. Rəsmi açıqlama olmadan nə isə demək çətindir. Amma nəzərə alaq ki, bu təklifi Nikol Paşinyana öncə məhz Azərbaycan tərəfi irəli sürüb. İkili danışıqlar rəsmi Bakı üçün daha prioritetdir. Heç bir vasitəçiyə ehtiyac yoxdur”.

Qeyd edək ki, Ermənistanın sərhəddə görüş təklifinə rəsmi cavabın nə olacağı ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə ünvanladığımız sorğuya şərh verilməyib.

Turan Rzayev
Globalinfo.az

Paylaş: