Paşinyanın Azərbaycanda hər kəsi güldürən bu sözləri görün nə demək imiş – VİDEO/TƏRCÜMƏ

Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışından bir hissə sosial şəbəkələrin Azərbaycan seqmentində trend olub. Onun ermənicə işlətdiyi ifadələr insanlarda gülüş yaradıb.

Maraqlıdır, Paşinyanın gülüşə səbəb olan sözlərinin tərcüməsi nədir?

Globalinfo.az bununla bağlı erməni dilini bilən hərbi ekspert Telman Qasımova müraciət edib.

Ekspertin sözlərinə görə, Paşinyan həmin görüntülərdə qanun pozuntularından danışır:

“Burada söhbət yol-nəqliyyat qaydalarından gedir. Paşinyan deyir ki, qaydaları poz, pul ödə, pul ödə, qaydaları poz. Qaydanı poz, yenə pul ver, pul ver, təkrar qaydanı poz. Bunu bir neçə dəfə təkrar edir. Demək istəyir ki, qaydaları pozub, rüşvət verirsiniz”.

Həmin görüntüləri təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az