ukrayna

Ukrayna ordusunun Kursk vilayətindəki qruplaşması geri çəkilməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”agentliyi Rusiya təhlükəsizlik orqanlarındakı mənbəsinə istinadən məlumat verib.

“Bu, rus qoşunlarının Yunakovka-Sudja yolunda nəzarəti ələ keçirməsi ilə bağlıdır. Sözügedən proses Ukrayna qoşunlarının rotasiyasını xeyli çətinləşdirib”, deyə agentlik qeyd edib.

Məlumata görə, ukraynalı hərbçilər ciddi maddi-texniki problemlər, o cümlədən sursat və ərzaq çatışmazlığı ilə üzləşiblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: