Paşinyandan SENSASİYA: “Məndən soruşdular ki, Qarabağı Azərbaycan torpağı sayırsan?”

“Məndən Azərbaycanın 86,6 kvadrat kilometr ərazisinə Qarabağın daxil olub-olmadığını soruşdurlar, daxildir dedim”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin “İctimai” televiziyasına müsahibəsində deyib.

“Ermənistan bu bəyanatla sadəcə vəziyyətin arxitekturası və mövcud böhranın həlli ilə bağlı Azərbaycanla razılaşmaya uyğunlaşmağa çalışdı. Biz elə fikirlər formalaşdırmaq istəyirik ki, Ermənistan mövqelərinin legitimliyi toxunulmaz olsun”, – deyə o bildirib.

Ayşən Mustafa 

Globalinfo.az