Rusiya-Ukrayna müharibəsinin dəhşətli nəticələri: yarım milyon itki

Genişmiqyaslı müharibə başlayandan bəri ölən və ya yaralanan Ukrayna və Rusiya hərbçilərinin ümumi sayı 500 minə yaxınlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” Amerika Birləşmiş Ştatlarının rəsmilərinə istinadən məlumat yayıb.

Onların fikrincə, itkilərin sayını təxmin etmək çətindir, çünki Rusiya onları aşağı salır, Ukrayna isə açıqlamır.

Rusiya hərbçilərinin itkiləri, rəsmilərə görə, 300 minə yaxınlaşır (təxminən 120 min ölü və 170-180 min yaralı). Ukraynanın isə 70 minə yaxın əsgəri ölüb, 100-120 min nəfəri yaralanıb.

Nəşr qeyd edir ki, işğalçı qoşunlar döyüş meydanında demək olar ki, üç dəfə üstünlük təşkil edir və Rusiyanın öz sıralarını artırmaq üçün daha çox əhalisi var.