b04a9b6f d4c6 4368 9f23 9228605b4854

“Süniklə (Zəngəzur – red.) bağlı layihələrimiz bizim üçün strateji əhəmiyyət kəsb edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ərazinin təhlükəsizliyi ilə bağlı suala cavabında deyib.

“Bölgəyə geniş sərmayələr yatırılıb, ciddi layihələr həyata keçirilib. Son 5 ildə yatırılan sərmayənin dəyəri 100 milyard dramdan çoxdur. Ermənistan Respublikasının ərazi bütövlüyü ətrafında beynəlxalq konsolidasiya var. Bəzi ərazilərimiz üçün təhlükəsizlik problemini həll etmək məqsədilə sülh gündəmini aktivləşdirmişik”, – Paşinyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: