Paşinyan üçün “sonun resepti”: üç gün, 500 nəfər…


“Məndə toplanmış faktlar var, prokurorluq işi İstintaq Komitəsinə göndərib, Nikol Paşinyan cinayətkardır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Milli Öz müqəddəratını təyinetmə” Birliyinin lideri Paruyr Ayrikyan deyib.

“Söhbət müstəqillik bəyannaməsi və konstitusiyadan gedəndə burada həddən artıq ehtiyat tələb olunur. İlk növbədə onun anlamını bilmək gərəkdir, bəyannamədə Ermənistanda dövlətçiliyin yenidən qurulması prosesi öz əksini tapıb”, – o bildirib.

P.Ayrikyan qeyd edib ki, Nikol Paşinyan sadə yalançı deyil, cinayətkar yalançıdır.

O vurğulayıb ki, Nikol Paşinyanı cəmi üç günə hakimiyyətdən kənarlaşdırmaq olar:

“Nikolu hakimiyyətdən uzaqlaşdırmaq üç günün işidir, gəlsinlər, birlikdə edək. 50 min insan lazım deyil, cəmi 500 nəfər, üç günə hakimiyyətdən uzaqlaşdıraram”.

Tamerlan Yayaqan
Globalinfo.az