
“Rusiya həmişə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarı olub”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı deyib.
***17:08
Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, Paşinyan Rusiya prezidenti ilə Azərbaycanla sülh sazişi mətnini müzakirə edib.
Ermənistanın baş nazirinin Vladimir Putinə “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında saziş” layihəsinin mətni üzrə əldə olunan razılaşma və danışıqların başa çatması barədə məlumat verdiyi bildirilir.
Liderlər həmçinin regional və ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Globalinfo.az