“Ermənistan səhərlər özünü qərbyönlü, günorta iranyönlü, axşam isə rusiyayönlü kimi göstərir. Lakin Nikol Paşinyanın prioriteti Türkiyədir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.
“Bu hökumətin geosiyasi prioriteti Türkiyədir. Anti-Rusiya və qərbyönlülük sadəcə reallığı gizlətmək üçün fondur. Hökumət başçısı dəfələrlə özünün real prioritetlərini göstərib”, – o bildirib.
Akopyan deyir ki, Qərb Paşinyanın hakimiyyətdə olmasından maksimum istifadə etməyə çalışsa da, ona ciddi yanaşmır:
“Qərbin anlayır ki, Paşinyanın başlatdığı işi sona çatdıra bilməyəcək. Paşinyan isə onun hakimiyyətdə qalmasında yeganə maraqlı tərəfin Türkiyə olduğunu bilir. Buna görə də Ərdoğanla görüşünü öz qələbəsi hesab edir. Onun fikrincə, bu görüş sayəsində Ərdoğanın simasında siyasi ata qazana bilib”.
Əliyar Xəlil
Globalinfo.az