pasinyanputin

“Ermənistan heç bir halda Rusiyanın orbitinə qayıtmayacaq”.

Bu sözləri Globalinfo.az-a politoloq Tural İsmayılov Ermənistanın Rusiyanın orbitinə qayıtması və bunun fonunda Qərbin verəcəyi reaksiyanı şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın sonuncu açıqlamaları saxtakarlıqdan başqa bir şey deyil:

“Paşinyan sonuncu müsahibəsində Rusiya ilə gərginliyi yumşaltmaq üçün dediklərində səmimi deyil. Nikol bilir ki, Kreml ona qəzəblidir. Vəziyyət elə bir həddə çatıb ki, artıq bütün rus rəsmiləri Ermənistanı tənqid edir. Bundan başqa, Rusiyanın Ermənistana sanksiya tətbiq etmək kimi riskləri də var.

tural ismayilov 1

Paşinyan Kremlin qəzəbini daha dağıdıcı həddə çatdırmamaq üçün münasibətləri normallaşdırmağa çalışır. Lakin hesab edirəm, bütün bu cəhdlər əbəsdir. Rusiya Paşinyan hakimiyyətdə qaldığı təqdirdə Ermənistanla münasibətləri normallaşdırmayacaq. Buna görə də onun hakimiyyətdən getməsini istəyir.

Fikrimcə, yaxın müddət ərzində Kreml sanksiyalar tətbiq edəcək və Paşinyanın əleyhinə daha ciddi addımlar atılacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: