telefon

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və ona yaxın bəzi şəxslərin polis tərəfindən saxlanılmasından sonra Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “NetBlocks” məlumat yayıb.

Hazırda “X”, “İnstagram”, “You Tube” və “TikTok”a girişin qismən məhdudlaşdırıldığı bildirilir.

Xüsusilə “X” platformasına türkiyəli istifadəçilərin daxil olmasında problem yaranıb.

Qeyd edək ki, Ə.İmamoğlu “Konstitusiya quruluşunun ləğvi” və “PKK/KCK terror təşkilatına yardım etmək” ittihamları üzrə saxlanılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: