
“Bəzi qurumlara xidmət edən insanlar ona zidd olan əməlləri ilə erməni milli dəyərlərini gözdən salırlar”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
N.Paşinyan İrəvanda keçirilən aksiyalarda iştirak edən ruhani liderlərin erməni milli dəyərlərinə hörmət etmədiyini bildirib:
“Ermənistanın diaspor, vətən, ailə, fərd, Erməni Apostol Kilsəsi, Katolik Kilsəsi, xristianlıq və s. kimi çox sayda dəyərləri var. Bizi erməni milli dəyərlərinə düzgün qiymət verməməkdə günahlandırırlar. Lakin bu, heç də həqiqət deyil, çünki bəzi qurumların daxilindəki insanlar milli dəyərlərə hörmət etməməklə həmin qurumları gözdən salıblar. Bunu qorumaq hökumətin deyil, xalqın işidir”.
Baş nazir həmçinin bildirib ki, Azərbaycanla tezliklə sülh sazişinin imzalanması mümkündür. Ermənistan hazırda tutduğu siyasi yolla davam etməlidir.
Ayşən Mustafa
Globalinfo.az