Paşinyan Əliyevin məşhur ifadəsini işlətdi

Paşinyanın “86,6 min kvadrat kilometr” sözünü işlətməsi Əliyevin bir müddət əvvəl ondan “Qarabağ Azərbaycandır! Vəssalam!” sözlərini deməsi tələbini yerinə yetirməsi anlamına gəlir.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Zolyan deyib.

“Böyük ehtimalla belə kompromis variant Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə əldə olunub. Yəni “Qarabağ Azərbaycandır! Vəssalam!” ifadəsi yerinə Paşinyanın 86,6 min kvadrat kilometr kompromis variantının istifadəsi seçilib. Bu da təxminən eyni şeydir”, – o bildirib.

Zolyan həmçinin Paşinyanın sərhədlərin müəyyənləşdirilməsi üçün SSRİ Baş Qərargahının xəritələrindən istifadə məsələsini gündəmə gətirdiyi halda indi bundan yayınmağa çalışacağını iddia edib.

İlkin Həsənov
Globalinfo.az