Paşinyan coşdu: 10 noyabr bəyanatına imza atmasaydım…

Çexiyada səfərdə olan (Ermənistan Baş naziri) Paşinyan Praqada erməni icmasının üzvləri ilə görüş zamanı əməlli-başlı özündən çıxıb. Onu “tarixi erməni torpaqlarını” satmaqda ittiham edən tayfadaşlarına dərs verib.

Globalinfo.az Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın Bosniya və Hersoqavinadakı səfiri Vilayət Quliyev qeyd edib.

O bildirib ki, Paşinyanın erməni icmasına dediyi bəzi sözlərlə razılaşmaq olar.

Paşinyan deyib:

“Mən Qarabağı təhvil verməmişəm. 2018-ci ildən bəri əlimdən gələn hər şeyi etmişəm ki, müdafiə ordusu (separatçı qurumun qanunsuz silahlı dəstələrini nəzərdə tutur – V.Q.) müharibəyə hazır olsun. 1994-cü ildə biz qalib gəldik, amma bundan sonra Ermənistanın və Qarabağın əhalisi azalmağa, Azərbaycanın əhalisi isə artmağa başladı. Deyirsiniz ki, Qarabağı mən təhvil vermişəm? Yoxsa 10 noyabr bəyannaməsini nəzərdə tutursunuz? Danışıqlar prosesi zamanı torpaqların (söhbət işğal altındakı Azərbaycan ərazilərindən gedir) güzəştə gedilməsi (?) əsas məsələ idi. Kim sizə desə ki, torpaqları güzəştə getmək istəmirdi, yalan danışır. 10 noyabr bəyannaməsini ona görə imzaladım ki, əks təqdirdə 30 min əsgərimizin əsir alınacağını görürdüm. 30 il ərzində bu torpaqda (Qqrabağda – V.Q) nə qədər adam yaşayıb? Bu torpaqlarda bizim əsgərlərimiz (İrəvan erməniləri – V.Q.) üçün hansı əlavə dəyərlər yaradılıb? Heç nə edilməyib. Vətən yaşadığın yerdir. Qələbə ilə qazanılmış torpağı tərk edərək gəlib burada xoşbəxt həyat yaşayan sizlər o torpağı təhvil vermisiniz”.