
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına qarşı tətbiq ediləcək 50 faizlik idxal rüsumları ilə bağlı mövqeyini dəyişməyəcəyini bildirib. O, bununla belə, danışıqlara açıq olduğunu da qeyd edib.
Globalinfo.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp bu rüsumların qüvvəyə minəcəyi 1 iyuna qədər Aİ ilə razılaşma imkanı barədə suala belə cavab verib:
“Razılaşma əldə etməyə can atmıram. Onsuz da 50 faizlik gömrük rüsumları şəklində bir razılaşmamız var. Amma təkrar edirəm: əgər onlar (Avropa ölkələri) burada – ABŞ-da istehsal müəssisələri tikərlərsə, bu rüsumlar tətbiq olunmayacaq”.
Aysel Əliyeva
Globalinfo.az