Simonyan Zaxarova ilə duelə çıxdı – Mamicanyan

“Nikol Paşinyan ruspərəst, qərbpərəst, yoxsa amerikapərəstdir – bilmirəm, lakin onun anti-erməni mövqeyində olduğu açıqdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib.

“Paşinyanın bəyanatları ilə atdığı addımlar həmişə bir-birinə zidd olur. Həmçinin parlamentin spikeri Alen Simonyan bu ilin əvvəlində hazırkı İrəvan hakimiyyətini, yəni özlərini “Ermənistan tarixindəki ən ruspərəst hökumət” adlandırmışdı. Bundan bir qədər sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ilə duelə çıxdı”, – Mamicanyan bildirib.

Qeyd edək ki, Mariya Zaxarova və Alen Simonyan arasında bir müddət öncə gərginlik olub. İki ölkə rəsmisi bir-birilərinin bəyanatlarına şəxsi Teleqram kanalları vasitəsilə sərt şəkildə cavab veriblər.

Əliyar Xəlil
Globalinfo.az