Bakıda İran-İsrail “müharibəsi”: Corc Dik Musəviyə cavab verdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik İran səfiri Seyid Abbas Musəvinin təhdidinə cavab verib.

Globalinfo.az xəbər verir ki, İsrail səfiri bununla bağlı “X” platformasında paylaşım edib.

“Pulsuz peşəkar məsləhəti. Əgər ölkəmi məhv etmək və məni ölümlə hədələmək istəyirsinizsə, hörümçək toru metaforasından əl çəkməlisiniz. Hörümçək ipəyi poladdan 5 dəfə güclüdür. Buyurun. “, -paylaşımda qeyd olunur.

Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İsrail səfirliyinə ünvanlı paylaşım etmişdi.

Ayşən Mustafa
Globalinfo.az