Parisdə davam edən etiraz aksiyası: Şəhər merinin binası yandırıldı, 14 nəfər saxlanıldı

Fransada pensiya yaşının artırılmasına etiraz edən kütlə Bordo şəhərinin meriyasını yandırıblar. 

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğınsöndürənlər də nümayişçilərə qoşulub.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

Polis və jandarmeriya əməkdaşları Parisdə pensiya islahatlarına qarşı nümayişlər zamanı baş vermən iğtişaşların 14 iştirakçısını saxlayıblar.

Saxlanmaya səbəb silah qismində istifadə oluna bilən qadağan olunan əşyalar göstərilib.

“Etiraz aksiyası zamanı polis ümumilikdə 2000-dən çox yoxlama həyata keçirib. Bıçaq, pirotexnik vasitələr və fişənglər ələ keçirilib”, – deyə qeyd ilib.

Qeyd edək ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılması qərarı ilə bağlı nümayişlər və iğtişaşlar artıq bir həftədir ki, davam edir.

Respublikanın Daxili İşlər Nazirliyi xatırladıb ki, martın 15-də keçirilən əvvəlki ümumi etirazlarda nümayişçilərin sayı bunun yarısı qədər olub. Etirazçıların rekord sayı isə martın 7-də qeydə alınıb – demək olar ki, 1,3 milyon nəfər.

Təkcə Parisdə cümə axşamı günü 119 min etirazçı küçələrə axışıb ki, bu da Fransa paytaxtı üçün rekord olub.

İştirakçıların sayına görə ən böyük etiraz aksiyaları həmçinin Marsel, Tuluza, Renn, Nant, Nitsa, Bordo, Tulon və Lionda keçirilib.

Qeyd edək ki, etirazlara yanvar ayında Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı islahat layihəsi səbəb olub.

Növbəti ümummilli nümayişlər martın 28-nə planlaşdırılıb.