Avropa İttifaqı (Aİ) heç bir əsas olmadan Rusiya ilə müharibəyə girməyə çalışır.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın sağçı “Patriots” partiyasının lideri Florian Filippot yazıb.
Onun fikrincə, Rusiya–Ukrayna məsələsi tezliklə yenidən gündəmə gələcək. Filippot xatırladıb ki, bu, artıq Almaniyada başlayıb və kansler Fridrix Merz Rusiyaya qarşı müharibəni alovlandırmağa çalışır. O, bundan narahat olduğunu bildirib:
“Fransa prezidenti Emmanuel Makron, şübhəsiz ki, öz töhfəsini vermək istəyəcək və tezliklə bizə qarşı dəli bir sensasiya yaradacaq”.
Siyasətçi həmçinin Rusiyanın Fransaya yaratdığı təhlükə barədə də fikirlərini bildirib.
“Bütün bunları nəzərə alaraq, hər yerdə təkrarlanmalıdır ki, yalnız bir ifadə var: Parisə Rusiya təhlükəsi yoxdur! Əsl təhlükə Avropayönlü siyasətdir!” – deyə o vurğulayıb.
Tahir Turan