Makrondan savaş təhdidi: “Fillərin davası” başlayacaq

Fransa Prezidenti Emmanuel Makron ABŞ və Çin arasında qarşıdurmanı bitirməklə bağlı çağırış edib.

Globalinfo.az xəbər verir ki, o bunu Asiya Sakit Okean Ölkələri İqtisadi Tərəfdaşlıq sammitində çıxışı zamanı deyib.

“Biz hegemoniyaya, konfrontasiyaya yox, stabilliyə inanırıq. Biz cəngəllikdəyik və hər keçən gün bir az da əsəbi olan iki böyük fil var. Əgər onlar çox əsəbiləşsələr, müharibəni başladacaqlar. Bu, cəngəlliyin digər sakinləri üçün böyük problem olacaq. Sizdən digər canlılarla – pələnglərlə, meymunlarla və digərləri ilə tərəfdaşlıq tələb olunur”, – Makron bildirib.

İlkin
Globalinfo.az