Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladı

pakv

Pakistan ordusu Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara start verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu haqda “Geo TV” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

“Hindistanın davam edən təxribatlarına bilavasitə cavab olaraq Pakistan genişmiqyaslı hərbi əməliyyata başlayıb.”, – kanalın məlumatında bildirilir.

Qeyd edək ki, Hindistan və Pakistan arasında gərginlik aprelin 22-də Hindistanın Cammu və Kəşmir bölgəsində törədilən terror aktından sonra artıb. Hücum nəticəsində 25 Hindistan və bir Nepal vətəndaşı həlak olub.