Slovakiya NATO-nu məlumatlandırdı: “Dayandırdıq”

Slovakiya Ukraynaya hərbi yardımı dayandırması ilə bağlı NATO-nu məlumatlandırıb

Slovakiya Ukraynaya hərbi yardımı dayandırması ilə bağlı NATO-nu məlumatlandırıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyinin saytında məlumat verilib.

“Müdafiə Nazirliyinin rəhbəri Robert Kalinak NATO-nun Baş katibinə Slovakiyanın ehtiyatlarından Ukraynaya hərbi yardımın dayandırılması barədə məlumat verib. Buna baxmayaraq, Slovakiya Ukraynaya kifayət qədər geniş spektrdə humanitar, mülki və texniki qeyri-öldürücü yardım təklif edir. Xarici tərəfdaşlar yeni hökumətin qərarına tam hörmətlə yanaşırlar”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, Kalinak Aİ müdafiə nazirlərinin görüşü çərçivəsində Brüsseldə Yens Stoltenberqlə görüşüb.