Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerinə təyinatı zamanı nəzərə alınan meyarların dairəsi genişləndirilir.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Qərara əsasən, həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi zamanı həmin şəxslərin ailə vəzifələri də nəzərə alınacaq.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, həkim-mütəxəssislərin təyinatı haqqında qərarı onların ailə vəziyyəti, daimi yaşayış yeri və onların işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsini nəzərə almaqla qəbul olunur.