bina 2 900x596 1

Binada yaşayan qonşular arasında təhlükəsizlik kameraları ilə bağlı narazılıqlar tez-tez yaranır. Xüsusilə kameranın qonşunun qapısını, giriş-çıxışını və həyətini də görüntüləməsi sual doğurur.

Belə halda kamera sahibinin hərəkəti hüquq pozuntusu sayıla bilərmi? Binada, həyətdə, liftdə, blokda və küçədə çəkilişin hüquqi sərhədləri nədir? 

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, bu, yolverilməzdir:

“Bu yaxınlarda Ali Məhkəmənin bununla bağlı qərarı da oldu. Burada mütləq qaydada tələb olunan əsas məsələ odur ki, qonşunun öz təhlükəsizliyini təmin etmək məqsədilə kamera quraşdırması və ondan istifadə etməsi qanunla icazəlidir. Lakin bununla bağlı digər şəxslərin hər hansı formada narazılığı varsa və ya bu, birbaşa onların şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına səbəb olursa, şübhəsiz ki, burada əsas məsələ həmin şəxslərin hüquqlarının təmin edilməsidir”.

ramil suleymanov 900x600 3

Hüquqşünas bildirib ki, əgər hər hansı narazılıq varsa, qonşu həmin kameranın görüntü istiqamətini dəyişdirməlidir:

“Yaxud kameranın ümumiyyətlə oradan çıxarılmasını təmin etməlidir. Belə bir hal baş vermədiyi təqdirdə isə hüquqlarının pozulduğunu iddia edən şəxsin aidiyyəti üzrə məhkəməyə müraciət edərək həmin təhlükəsizlik kamerasının oradan sökülməsini tələb etməsi mümkündür”.

Ləman İmran
Globalinfo.az

Paylaş: