
İstanbulun Başakşehir rayonunda yerləşən Şeyx Şamil İmam Hatip Orta Məktəbində bıçaqlı insident baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, məktəbdə bir şagirdin bıçaqla hücumu nəticəsində beş qız şagird yaralanıb.
Hadisə ilə bağlı məktəbə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralı şagirdlər ilkin tibbi müdaxilədən sonra təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.
Hücumu törətdiyi bildirilən şagird polis tərəfindən saxlanılıb. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.
Safura Bənnayeva
Globalinfo.az