iran abs muharibe

ABŞ ehtimal olunan İran dron hücumu təhlükəsi səbəbindən B-1 bombardmançılarını Britaniyanın “Feyrford” aviabazasından başqa yerə köçürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

“Bu baza Avropada B-1 “Lancer”, B-2 “Spirit” və B-52 “Stratofortress” kimi ağır strateji bombardmançıları qəbul edib onlara xidmət göstərə bilən yeganə qabaqcıl aerodromdur. Qərar İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) göstərişi ilə mürəkkəb dron hücumu həyata keçirilə biləcəyi ilə bağlı ciddi narahatlıqlar səbəbindən qəbul edilib.

Rəsmilərin sözlərinə görə, planlaşdırılan hücum İranın ABŞ təyyarələrinə zərbə endirmək və aviabazada xidmət edən amerikalı pilotları öldürmək məqsədilə hazırladığı daha geniş planın bir hissəsi olub”, – deyə bildirilib.

Jurnalistlər qeyd edirlər ki, bu vəziyyət ABŞ-ın mövqeyində dəyişiklik olduğunu göstərir.

Belə ki, Vaşinqton Londondan şimal-qərbdə yerləşən bu hərbi bazadan daha əvvəl İrana qarşı bombardmançı təyyarələrlə zərbələr endirmək üçün istifadə edib.

Qeyd edək ki, sentyabrın 27-də ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançılarını yerləşdirdiyi “Feyrford” aviabazasının ətrafında fövqəladə vəziyyət elan edilib və yaxınlıqdakı evlərin sakinləri təxliyə olunub. Ordu mütəxəssisləri aviabazanın yaxınlığındakı avtomobilləri yoxlayıblar. Həmin vaxt Londonun beş sakini partlayıcı maddələrlə bağlı qanunvericiliyi pozmaqda şübhəli bilinərək saxlanılıb. Onlar növbəti gün girov müqabilində sərbəst buraxılıblar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: