Çin sədri Si Cinpin Rusiyaya ABŞ-a nisbətən daha çox səfər edib.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı iqtisadçı Yekaterina Zaklyazminskaya deyib.
“Si Cinpin ABŞ-da cəmi beş dəfə, Rusiyada isə düz 11 dəfə olub. Bu, əlbəttə, çox şeydən xəbər verir”, – deyə ekspert Çin liderinin ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə təmaslarının səviyyəsini müqayisə edib.
İqtisadçının sözlərinə görə, Çin və ABŞ liderləri arasında şəxsi münasibətlər kifayət qədər isti olsa da, iki ölkə arasında mövcud olan bütün ziddiyyətlər aradan qalxmayıb.
Si Cinpinin Vaşinqtona səfəri zamanı liderlərin qeyri-rəsmi ünsiyyəti, gəzintiləri və turistik məkanlara baş çəkməsi də bunu göstərib.
Yekaterina Zaklyazminskanın sözlərinə görə, bu səfər ABŞ-Çin münasibətlərində dönüş nöqtəsi olmayıb.
Əliyar Xəlil
Globalinfo.az