
Ermənistan parlamentində “Güclü Ermənistan” fraksiyasının deputatı Edqar Qazaryanın çıxışından sonra deputatlar arasında gərginlik yaşanıb.
Globalinfo.az xəbər verir ki, Qazaryan Ermənistan parlamentinin spikeri Ruben Rubinyanı dövlət vəsaitlərinin səmərəsiz xərclənməsində ittiham edib.
O, deputatlara mükafat olaraq verilən 250 min dramı (təxminən 1 170 manat) xərcləməməyə çağırıb.
Deputatın çıxışı davam etdiyi vaxt Rubinyan onun mikrofonunu söndürüb.
Bundan sonra hakimiyyət və müxalifət təmsilçiləri arasında qarşılıqlı dartışma başlayıb.
Gərginliyin artmasının ardından parlamentin spikeri iclasa fasilə verib.
Safura Bənnayeva
Globalinfo.az