turkiye gemi qara deniz mina

Qara dənizdə, Bolqarıstan sahilləri yaxınlığında iki yük gəmisi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində gəmilərdən biri batıb.

Hadisədən sonra həmin gəminin heyət üzvləri ilə əlaqə kəsilib və onların taleyi məlum deyil.

Digər yük gəmisində isə hücumun ardınca yanğın baş verib. Hadisə zamanı gəmidə olan 18 ekipaj üzvünün hamısı xilas edilib.

Məlumata əsasən, hücuma məruz qalan gəmilər Toqo və Palau bayraqları altında üzürmüş.

Qeyd olunub ki, Bolqarıstan Baş naziri Rumen Radev hadisə ilə bağlı təcili iclas keçirəcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: