Onların əməkhaqlarının artırılmasına ehtiyac var – Deputat

“Mədəniyyət sahəsində çalışanların əməkhaqlarının artırılmasına ehtiyac var”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin aprelin 5-də keçirilən iclasında deyib.

O bildirib ki, mədəniyyət mərkəzləri və klublarda keçirilən tədbirlərə görə ödəniş təyin edilməlidir:

“Mədəniyyət dedikdə insanlar sadəcə şou başa düşməsin. Ölkədə yerləşən Heydər Əliyev mərkəzləri, klublar və digər mədəniyyət mərkəzlərində çalışanların əməkhaqları aşağıdır. Məsələyə bazar iqtisadiyyatından yanaşmaq lazımdır. Bu mərkəzlərdə dövlət və qeyri-dövlət tədbirləri keçirilir. Lakin heç bir ödəniş edilmir. Təklif edirəm ki, orada keçirilən tədbirlərə görə ödəniş tətbiq edilsin. Nazirliklər, icra nümayəndəlikləri, qurumlar həmin yerlərə vəsait ödəsələr, kasıblamazlar. Bütün mədəniyyət ocaqları, ümumiyyətlə, hər sahə bazar iqtisadiyyatı prinsipi ilə işləsə, yaxşı olar”.

Ayşən Mustafa
Globalinfo.az