Ramiz Mehdiyev adının siyahıdan çıxarılmasından danışdı

“Mənim adımın Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentləri siyahısından çıxarılması düzgün deyil. Hesab edirəm ki, bu, özbaşınalıqdır”.

Globalinfo.az xəbər verir ki, bunu “Unikal”a açıqlamasında AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev deyib.

“Onların bunu etməyə ixtiyarı yoxdur. Bu, qanun pozuntusudur”, – deyə o əlavə edib.

Qeyd edək ki, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin adı akademiyanın saytında sabiq prezidentlərin siyahısından çıxarılmışdı.