1759815705 image 750x 68e4177b7f843 1

Ukraynanın Rusiya tankerlərinə hücumlarından sonra Moskva Qara dənizdə cavab tədbirlərini genişləndirməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Moscow Times” məlumat yayıb.

Prezident Vladimir Putin bildirib ki, Rusiya Ukraynanın liman infrastrukturlarına və bu limanlara daxil olan gəmilərə qarşı hücumları artırmağı nəzərdən keçirir:

“Bu hücumu təşkil edənlər və onların havadarları sərt şəkildə cəzalandırılmalıdır. Son zamanlar bu hücumların artdığını görürük və bunu diqqətlə nəzərdən keçiririk. Ərazidə baş vermiş istənilən hadisə diqqətimizdən yayına bilməz”.

Putin əlavə edib ki, Kiyevi dəstəkləyən ölkələrin gəmiləri də hədəfə çevrilə bilər. Onun fikrincə, ən radikal variant Ukraynanı tam şəkildə dənizdən təcrid etməkdir. Prezident bunun Kiyevin və onun arxasında duranların fəaliyyətlərinə yenidən baxmasına səbəb olacağını deyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: