Kuryoz hadisə: 4 min metr hündürlükdən düşən smartfonunu tapdı

ABŞ-də qeyri-adi və maraqlı hadisə yaşanıb.

Globalinfo.az xəbər verir ki, amerikalı bir şəxs Alyaska Hava Yollarına məxsus təyyarədən (4,8 min metr hündürlükdən) düşən və praktiki olaraq zədələnməyən smartfon tapıb.

Məlumata görə, yanvarın 5-də “Alyaska Airlines” şirkətinə məxsus “Boeing 737-9” təyyarəsi ABŞ-ın Oreqon ştatının Portlend şəhərində məcburi eniş edib. Buna səbəb uçuş zamanı təyyarənin zədələnməsi  və sərnişin salonunda təzyiqin azalması olub.

Sözügedən qeyri-adi və maraqlı hadisəni reysin sərnişini Şonatan Beyts özünün X sosial şəbəkə hesabında paylaşıb.

Əliyar Xəlil,

Globalinfo.az