behruz

Bu gün biz Livan boyda bir ərazini sıfırdan, ən müasir standartlara uyğun, rifah və təhlükəsizlik vəd edən şəraitdə qururuq, üstəlik öz gücümüzə!

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, belə bir məqamda dövlət büdcəsinin bir qəpiyi qiymətlidir və bu mənada maliyyə nəzarəti tədbirlərinin güclənməsi bu sahədə şəffaflığın təmin olunması istiqamətində Prezidentin qəti iradəsinə şahidlik etməkdəyik.

Bayden hakimiyyətinin Ukrayna siyasəti üzərindən 200 milyardlıq korrupsiya əməlləri ilə bütün dünyaya faş oldu, yaxud Demokratlar senatının anti-Azərbaycan mövqeli neçə nümayəndəsi, başda senator Menendez olmaqla hansı korrupsiya cinayətlərrinə qarışdığı məhkəmə qaydasında təsbit edildi. Yaxud Avropa Parlamentinin vitse-spikeri, deputatları ətrafında korrupsiya qalmaqalları hər kəsə bəllidir. Belə olan halda hansı üzlə Azərbaycanda maliyyə şəffaflığı barədə danışa bilərlər?

Yaxud ölkə daxilində antimilli ünsürlər. Əli Kərimov yanında mühafizəçi ordusu saxlayır, hamısı da açıq formada pozucu, təxribatçı. Gündə bəyanat verir, filan mühafizəçim saxlanıldı. İndiki dövrdə heç bir yerdə işi-gücü olmayan hansı adam ictimai əsaslarla mühafizəçilik edir? Sən hansı pulla saxlayırsan o mühafizəçiləri? Yaxud şəffaflıqdan yazan “jurnalistlər” var ki, bu gün istintaq onların hansı korrupsiya mexanizminin iştirakları olduğunu üzə çıxarır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: