ABŞ Prezidenti Donald Tramp ölkəsinin Kubaya qarşı hər hansı hərbi əməliyyat keçirməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı sualı cavablandırıb.
Globalinfo.az –ın xəbərinə görə, Tramp bildirib ki, Kuba ilə razılaşma əldə etməyə çalışır və hərbi müdaxiləyə ehtiyac olmayacağını düşünür:
“Biz Kuba ilə razılaşma əldə edəcəyik. Düşünmürəm ki, hərbçilərə ehtiyacımız olacaq. Kuba çox ağır vəziyyətdədir. Biz Kubaya kömək etmək istəyirik.
Kubanı vətəndaşlarımızın üzünə açmaq istəyirik. ABŞ-da vətənlərinə qayıtmaq istəyən çoxlu kubalı-amerikalılar var”, – deyə Tramp vurğulayıb.
Əliyar Xəlil