“Kurtlar Vadisi”ndə “Ömər baba” obrazını canlandıran aktyor Emin Olcay filmin yeni seriyalarının çəkiləcəyi təqdirdə orada rol almaq istəmədiyini bildirib.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, Emin Olcay bu barədə Türkiyə televiziyasında yayımlanan proqramda çıxış edərkən deyib.
Təcrübəli aktyor serialda baş rolda çəkilən Necati Şaşmaz (“Polad Ələmdar”) və prodüser Raci Şaşmaz haqqında açıqlama verib.
E.Olcay bildirib ki, Necati Şaşmaz və Raci Şaşmaz sözlərinin üstündə dayanmayıblar. Amma aktyor iki qardaşın ona qarşı hansı addım atdığını dilə gətirməyib.
“Allah onların yolunu açıq etsin”, – deyə təcrübəli aktyor fikrini tamamlayıb.
