393683276 822317636315253 6568166996993621697 n

Nizami Kino Mərkəzində “Ölümdən sonrakı Həyat” adlı qısametrajlı bədii filminin qala gecəsi keçirilib.

Globalinfo.az xəbər verir ki, gecəyə media nümayəndələri və tanınmış sənət adamları qatılıblar.

Ekran əsərinin lahiyə rəhbəri Ariz Məmmədov, prodüseri Kənan Səfər, quruluşçu rejissoru Elvin İsmanlı, ssenari müəllifi isə Elşən Məmmədlidir.

Filmdə Xalq artisti Məmməd Səfa Qasımov, gənc aktyorlar Vüqar İmanov, Kamil Vəlicanov və başqaları oynayıb.

Qeyd edək ki, ekran işi cəmiyyətdə kitaba olan etinasızlıq, yazıçılara və sənət adamlarına yalnız ölümündən sonra dəyər verilməsindən bəhs edilir.

394381423 6808589579234741 4071616490211145324 n 393979425 769410584946436 2566459273114444213 n

Globalinfo.az

Paylaş: