Azərbaycan Zəngəzur dəhlizini hərb yolu ilə açacaq?

“Prezident İlham Əliyev andiçmə mərasimində, məhz bu salonda yüksək tribunadan bəyan etdi ki, sarsılmaz daşları tərpətdiyimiz üçün bizdən əl çəkməyəcəklər, hücumlar artacaq. Lakin bizim cavab tədbirlərimiz daha təsirli olacaq!”

Globalinfo.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Deputat Almaniya rəsmisinin Azərbaycana qarşı qərəzli mövqeyini diqqətə çatdırıb:

“Ölkəmizə qarşı son beynəlxalq hücumların ön cərgəsində yer alan Almaniya Bundestaqının üzvü Frank Şvab 16 fevral Münhen sammiti günlərində özünün “X” səhifəsində paylaşım edərək, 6 mart tarixində “Uçurumun kənarında” adlı film nümayiş etdirəcəklərini, Azərbaycanın Avropa Şurası və digər beynəlxalq təşkilatlarda apardığı siyasətə zərbə vuracaqlarını bildirib. Sitat: “filmin məqsədi sarsıdıcı olmaq və dəyişiklik gətirməkdir”. Sual olunur, onlar hansı dəyişiklikdən danışırlar? Sirr deyil ki, söhbət ABŞ, Fransa və Almaniyanın Qələbəmizdən sonra regiondan çıxarılan dayaqlarından, Cənubi Qafqaza iqtisadi və silahlı qayıdışından gedir”.

Deputat fevralın 12-də sərhəddə baxş verən təxribatının əsas məqsədinin fərqli olduğunu qeyd edib:

“Nikol Paşinyan 19 fevralda Münhen sammiti proqramında “Təşəkkür” medalı ilə təltif etdiyi Avroparlamentin Təhlükəsizlik Komitəsinin sədri – Azərbaycana qarşı şəbəkənin əsas simalarından olan Natali Luazo bəyan etdi ki, onların əsas məqsədi bölgədə yerləşdirdikləri Avromissiyanın fəaliyyətidir. Bəli, strateji hədəf NATO-nun hərbi qüvvələrini regiona müdaxiləsi üçün zəmin hazırlamaqdır və 12 fevral tarixində sərhəddəki insidentin səbəbi məhz Zəngəzur dəhlizinə Qərbin hərbi korpusunu gətirməkdir. Avropa Birliyinin Ermənistandakı səfiri Vasili Maraqosun 12 fevral tarixli müsahibəsində deyir-Syunik Ermənistanın təhlükəsizliyi üçün çox vacib bölgədir və xariclə əlaqəni təmin etmək strateji yoldur. Biz həmin həmin bölgənin təhülkəsizliyi üçün 110 milyon avro vəsait ayırmışıq.”

“Ölkəmiz nə vaxt həmin əraziləri müharibə yolu ilə alacağını bəyan edib ki, Avropa Birliyi belə böyük vəsaitləri Zəngəzura yatırır?! Artıq Rusiya ilə yanaşı, İran, ABŞ və Avropa Birliyinin missiyaları, biznes şirkətləri və digər çətirlər altında Zəngəzura mahalında yerləşiblər. Lakin unutmayaq ki, Avropa Birliyinin missiyaları Bosniyada-20 il, Gürcüstanda-13 il, Liviyada 13 illik fəaliyyəti sülhə deyil, münqaişələri idarə etməklə ökkələrin iqtisadi sərvətlərini sümürməyə yönəlmişdi. Ona görə də bütün beynəlxalq missiyalar unutmasınlar – o torpaqların tarixi sahibləri olan azərbaycanlılar Zəngəzur yolunu açacaqlar!” – Z.Oruc bildirib.

Ayşən Mustafa
Globalinfo.az