“Əgər ABŞ Rusiya ilə təhlükəsizlik sazişi imzalasaydı, Ukraynada xüsusi hərbi əməliyyat başlamazdı”.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RT-yə müsahibəsində bildirib.
“Əgər Qərb ölkələri və ilk növbədə ABŞ çeviklik nümayiş etdirsəydi və Rusiya ilə təhlükəsizlik sazişi bağlasaydı, xüsusi hərbi əməliyyat olmazdı”, – Medvedev bildirib.
Onun sözlərinə görə, Qərb hakimiyyətləri öz siyasətində ABŞ maraqlarının müstəsnalığı prinsipinə əsaslanır.
Medvedevin dediyinə görə, bu, ABŞ-ı bir gün məhv edəcək böyük səhvdir.
Medvedev bildirib ki, Rusiya öz varlığını nüvə silahı ilə müdafiə etməyə hazır olacaq.
“Amerika dərin dövləti çətin ki, üçüncü Dünya müharibəsini istəsinr, lakin nədənsə rusların heç vaxt müəyyən xətti keçməyəcəyinə də inanırlar.
Onlar səhv edirlər. Prezidentimizin də dəfələrlə dediyi kimi, dövlətimizin varlığından danışırıqsa, təbii ki, bizim sadəcə olaraq seçimimiz qalmayacaq. Nüvə ölkəsinin prezidenti vəzifəsinə başlayan hər bir şəxs mahiyyətcə ölkəni sona qədər müdafiə etmək öhdəliyini üzərinə götürür. Bu, Rusiya Federasiyasına da aiddir”, – Medvedev bildirib.