Norveç və Hindistan gəmilərinə hücum edildi – Gərginlik

Qırmızı dənizdə Norveç və Hindistan bayrağı altında üzən iki neft tankerinə hücum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının bəyanatında bildirilib.

Məlumata görə, hücum husilər tərəfindən həyata keçirilib və bu, ümumilikdə oktyabrın 17-dən bəri 15-ci hücumdur.

Tələfat barədə məlumat verilməyib.

Safura Bənnayeva
Globalinfo.az